


Ötən ay Naxçıvanda 50 yanğın hadisəsi qeydə alınıb
Naxçıvan, 6 avqust, AZƏRTAC
Bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikası ərazisində ümumilikdə 50 yanğın hadisəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dövrdə Şərur və Kəngərli rayonlarının hər birində 11, Naxçıvan şəhərində 7, Şahbuz rayonunda 6, Sədərək rayonunda 5, Babək və Ordubad rayonlarının hər birində 4, Culfa rayonunda isə 2 yanğın hadisəsi baş verib.
İyul ayında ən çox yanğın hadisəsi Şərur və Kəngərli rayonlarında, ən az yanğın isə Culfa rayonunda qeydə alınıb.
Müxbir- Nail Əsgərov
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO