×
A
A
A
Sazlamalar

Şamaxıda yol qəzası baş verib, yaralananlar var

Şamaxı, 6 avqust, AZƏRTAC

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Müxbir- Rəşad Türkoğlu

Regionlar 2026-08-06 09:30:00