×
A
A
A
Sazlamalar

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakı, 6 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt Bakıda sıxlıq müşahidə olunan yolları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, hazırda 3 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur. Həmin yollar aşağıdakılardır:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər.

Cəmiyyət 2026-08-06 08:53:00