×
A
A
A
Sazlamalar

ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Sosial iş" ixtisası üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
ADPU-dan AZƏRTAC-a verilən məlumata görə, sənəd qəbulu 31 avqust 2026-cı il saat 23:59-dək https://portal.edu.az/ portalı vasitəsilə həyata keçiriləcək.
Namizədlər https://portal.edu.az/ portalında “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” seçməklə müvafiq sənədləri sistemə daxil edərək qeydiyyatdan keçməlidirlər.
Təkrar ali təhsilə qəbul müsahibə əsasında aparılır. Elektron qeydiyyat zamanı sənədləri tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququnu qazanmaq üçün müsahibəyə dəvət olunurlar.
Qeydiyyat prosesi ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Elm və təhsil 2026-08-06 02:42:00