


Bakının daha üç küçəsində təmir işləri aparılacaq
Bakı, 5 avqust, AZƏRTAC
Bakının daha üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlər Suraxanı rayonunda 14 İyul küçəsində, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində, həmçinin Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsində tətbiq olunacaq.
Bildirilib ki, qeyd olunan küçələrdə nəqliyyat vasitələrinin hərəkəti avqustun 6-sı saat 08:00-dan avqustun 7-si saat 22:00-dək qismən, avqustun 7-si saat 23:00-dan avqustun 10-u saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib