


Xidmət rəisi: Əsas hədəfimiz vergi öhdəliklərinin məhz könüllü şəkildə yerinə yetirildiyi mühitin formalaşdırılmasıdır EKSKLÜZİV VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Bəzən belə bir fikirlər səslənir ki, Dövlət Vergi Xidməti vergi dərəcələrinin yüksək olmasında maraqlıdır. Lakin bu, düzgün yanaşma deyil.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsi zamanı deyib.
“Biz öz strategiyamızı, gələcəyə baxışımızı və strateji hədəflərimizi açıq şəkildə müəyyən etmişik və ictimaiyyətə təqdim etmişik. Həmin strategiyaya uyğun olaraq illik hesabatlar hazırlanır. Ötən il ilk belə hesabat təqdim olunub və bu, cəmiyyət qarşısında hesabatlılığımızın göstəricisidir.
Dövlət Vergi Xidmətinin əsas fəaliyyət göstəricilərindən biri müəyyən edilmiş planların icrasıdırsa, digər mühüm istiqamətlər vergi boşluğunun azaldılması, etimad mühitinin gücləndirilməsi və könüllü əməletmənin artırılmasıdır.
Belə məqsədlər qarşıya qoyulduğu halda hansı vergi orqanı vergi dərəcələrinin artırılmasında maraqlı ola bilər? Vergi dərəcələri yüksəldikcə vergilərin könüllü şəkildə ödənilməsi çətinləşir və nəzarət tədbirlərinin artırılmasına ehtiyac yaranır. Bizim məqsədimiz isə bu deyil. Əsas hədəfimiz vergi öhdəliklərinin məhz könüllü şəkildə yerinə yetirildiyi mühitin formalaşdırılmasıdır”, - deyə Dövlət Vergi Xidmətinin rəisi bildirib.
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib