


Mərkəzi Bankın nümayəndələri Zəngilanda vətəndaşların müraciətlərini dinləyiblər
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə avqustun 5-də Zəngilan rayonunda növbəti səyyar görüş təşkil edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Cəbrayıl və Zəngilan rayonlarının sakinləri iştirak edib. Səyyar görüş zamanı sakinlərin qarşılaşdıqları çətinliklər və təkliflər dinlənilib. Müraciətlər maliyyə xidmətləri, o cümlədən ATM quraşdırılması ilə əlaqəli olub.
Səsləndirilən məsələlərin bir qismi yerindəcə aidiyyəti təşkilatlara kommunikasiya edilib, araşdırma tələb edən müraciətlər isə icraya yönəldilib.
Qeyd edək ki, vətəndaşlar Mərkəzi Bankın səyyar görüşləri və xidmətləri ilə bağlı müraciətlərini www.contact.e-cbar.az saytı və ya “966” Çağrı Mərkəzi vasitəsilə çatdıra bilərlər.
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO