×
A
A
A
Sazlamalar

Mərkəzi Bank “Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyasını ləğv edib

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2026-cı il 4 avqust tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, “Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir.

 

İqtisadiyyat 2026-08-05 17:39:00