


Paytaxtda 24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı, 5 avqust, AZƏRTAC
Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib.
Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.
Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib