


“Yay Fest 2026” çərçivəsində Şuşa fləş-mobu təşkil olunub VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Gənclər Fondunun dəstəyi ilə keçirilən “Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycanın ən gözəl guşələrindən olan Şuşaya həsr edilmiş fləş-mob keçirilib.
Bu barədə AZƏRTAC-a Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, fləş-mobun təşkil olunmasında əsas məqsəd keçmişin zəngin irsini gələcəyə daşımaq, gənclərdə tarixi və mədəni irsə bağlılıq hissini gücləndirmək, milli kimlik şüurunu təşviq etmək, həmçinin keçmişdən gələcəyə uzanan inkişaf baxışını formalaşdırmaq olub.
Düşərgə iştirakçılarının fəal iştirakı ilə ərsəyə gələn fləş-mob birlik, həmrəylik və ortaq dəyərlərin təcəssümü kimi diqqət çəkib. Hazırlanan kompozisiya Şuşanın Azərbaycanın tarixi yaddaşındakı və mədəni irsindəki müstəsna yerini, eyni zamanda, gələcəyə inam və inkişaf ideyasını simvolik şəkildə ifadə edib.
Qeyd edək ki, “Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi gənclərin şəhərsalma, memarlıq, innovasiya, süni intellekt və dayanıqlı inkişaf sahələrində bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb