


Şərurda fərdi yaşayış evində yanğın olub
Naxçıvan, 5 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Cəlilkənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 260 kvadratmetr olan dördotaqlı fərdi yaşayış evinin 28 kvadratmetr sahəni əhatə edən otağın tavan hissəsinin yanar konstruksiyaları və içərisindəki məişət əşyaları yanıb, 232 kvadratmetr sahəsi isə əşyaları ilə birlikdə yanğından mühafizə olunub.
Müxbir - Nail Əsgərov
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO