


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakı, 5 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti avqustun 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan Muxtar Respublikası, Goranboy, Daşkəsən, Naftalan, Qobustan, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Yevlax, Bərdə, Mingəçevir, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabulda isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Azərbaycanda zubrların sayı 89-a çatıb
Sabahın hava proqnozu açıqlanıb
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub