×
A
A
A
Sazlamalar

Lənkəranda avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb

Lənkəran, 5 avqust, AZƏRTAC

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Lənkəranın Liman qəsəbəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan “Kia Ceed” markalı avtomobil qarşı tərəfdən gələn “Opel” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Kia Ceed”də olan 3 nəfər Cəlilabad sakini - Büsal Seymur oğlu Şahbazov, Sadiq Əlizamin oğlu Heydərov və Adil Camal oğlu Əliyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Müxbir- İlkin Adıyev

Regionlar 2026-08-05 14:48:00