


AzTU məzunları Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə magistratura təhsili alacaqlar
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin məzunları Fidan Heydərova və Nihat Zəkəryə, Energetika fakültəsinin məzunu Toğrul Hacıyev Dövlət Proqramının qalibləri olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, məzunlar 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə magistratura təhsili alacaqlar.
Belə ki, Fidan Heydərova Böyük Britaniyanın Birmingem Universitetində, Nihat Zəkəryə “Warwick Universitetində, Toğrul Hacıyev isə Edinburq Universitetində təhsillərini davam etdirəcəklər.
AzTU məzunlarının beynəlxalq səviyyəli universitetlərdə təhsil imkanları əldə etməsi universitetin kadr hazırlığı istiqamətində uğurlarından biri kimi qiymətləndirilir.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir