


Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb –BİRGƏ ƏMƏLİYYAT
Bakı, 5 avqust, AZƏRTAC
Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliklərin birgə əməliyyat məlumatında bildirilib.
Qeyd olunub ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonunun Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 əl qumbarası aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb