


Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-4.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb