


“Şahtaxtı” gömrük postundan keçən nəqliyyat vasitəsində külli miqdarda tiryək aşkarlanıb VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO