


Deputat: Bəzi QHT-lər layihələrini hazırlayarkən süni intellekt alətlərindən istifadə edirlər
Bakı, 5 avqust, AZƏRTAC
Çoxsaylı qeyri-hökumət təşkilatları müxtəlif rəqəmsal alətlərdən geniş şəkildə istifadə edir. Hətta bəzi hallarda ölkədə gedən proseslərdə onların fəaliyyəti daha qabarıq şəkildə nəzərə çarpır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Türk Dövlətləri QHT Platformasının Baş katibi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda keçirilən tematik sessiyada çıxışı zamanı səsləndirib.
O bildirib ki, qrant müsabiqəsində bəzi QHT-lər layihələrini hazırlayarkən ChatGPT-dən və digər süni intellekt alətlərindən istifadə edirlər. Konseptual baxımdan bu yeniliklərdən istifadə müsbət yanaşmadır. Yəni, ilkin baza kimi həmin alətlərdən yararlanırıq, təqdim olunan strukturu nəzərdən keçiririk, sistemin məntiqini öyrənirik.
Amma bütün layihənin ChatGPT tərəfindən hazırlanması, onun da olduğu kimi müsabiqəyə təqdim edilməsi, əlbəttə ki, doğru yanaşma deyil və belə hallar müsbət qarşılanmır.
Fotoqraf - Tofiq Babayev
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb