


Ramil İskəndərli: Ölkəmizdə rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb
Bakı, 5 avqust, AZƏRTAC
Son illərdə ölkəmizdə rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu istiqamətdə imzalanan fərmanda Elektron Hökumət İnformasiya Sisteminin təkmilləşdirilməsi, eləcə də bu sistem çərçivəsində elektron iştirakçılıq altsisteminin yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda keçirilən tematik sessiyada söyləyib.
O bildirib ki, qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşdirilməsi prosesinin daha səmərəli təşkili məqsədilə "bir pəncərə" prinsipi əsasında vahid platformanın yaradılması da nəzərdə tutulub.
R. İskəndərli əlavə edib ki, rəqəmsallaşma düşüncə tərzinin də inkişafı deməkdir.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb