×
A
A
A
Sazlamalar

Rusiyanın Tula vilayəti kütləvi dron hücumuna məruz qalıb

Moskva, 5 avqust, AZƏRTAC

Avqustun 5-nə keçən gecə Rusiyanın Tula vilayəti Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, vilayətin qubernatoru Dmitri Milyayevin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri bölgənin üzərində 107 dronu məhv edib. Hücum zamanı bir nəfər yaralanıb. Həmçinin iki çoxmənzilli binaya, Novomoskovsk və Uzlovoy rayonlarında istehsalat müəssisələrinə, anbarlara ziyan dəyib. “Wildberries” malların çeşidlənməsi mərkəzində yanğın baş verib.
Bundan başqa, Tatarıstanın Zelenedolsk rayonunda dron qalıqlarının düşməsi nəticəsində mülki obyektlərin birində yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb, zərərçəkənlərin olmadığı bildirilir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2026-08-05 11:07:00