


Beş nüfuzlu universitetə qəbul olan BMU məzunu Böyük Britaniyada təhsil alacaq
Bakı, 5 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) informasiya təhlükəsizliyi ixtisasının məzunu İsmayıl Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
BMU məzunu Böyük Britaniyanın Vorvik, Birminhem və Bristol universitetlərindən, Latviyanın Riqa Texniki Universiteti və Litvanın Kaunas Texnologiya Universitetindən qəbul alıb.
Vorvik Universitetinə üstünlük verən İsmayıl Əliyev magistratura təhsilini kibertəhlükəsizlik mühəndisliyi ixtisası üzrə Dövlət Proqramı çərçivəsində alacaq.
Qeyd edək ki, İsmayıl Əliyev 2022-ci ildə 562 balla BMU-ya qəbul olub. O, bu il bakalavriat təhsilini 96,8 ümumi orta müvəffəqiyyət göstəricisi ilə uğurla başa vurub.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir