


Rusiyanın hava hücumu zamanı Kiyev vilayətində 14 nəfər həlak olub VİDEO
Kiyev, 5 avqust, AZƏRTAC
Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi raket zərbələri nəticəsində 14 mülki şəxs həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. Onun sözlərinə görə, ən çox itki Brovarı rayonunda baş verib, burada doqquz nəfər həlak olub. Hava hücumu nəticəsində Buça rayonunda daha dörd mülki şəxsi həlak olub. Fastiv rayonunda isə daha bir nəfər ölüb.
Timur Tkaçenko bildirib ki, hava hücumu zamanı Kiyev vilayətinin 22 sakini yaralanıb. Brovarı rayonunda on iki, Fastiv rayonunda üç, Buça rayonunda isə yeddi nəfər yaralanıb.
Bütün yaralılara lazımi tibbi yardım göstərilir.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir