


Qvatemalada Fueqo vulkanının aktivləşməsi səbəbindən ətraf ərazilərin sakinləri təxliyə edilir
Bakı, 5 avqust, AZƏRTAC
Qvatemalada Fueqo vulkanının aktivləşməsi ilə əlaqədar ətraf ərazilərin sakinlərinin təxliyə edilməsi barədə göstəriş verilib.
AZƏRTAC xəbər verir ki, ölkənin Qvatemala Fövqəladə Hallar İdarəsinin yaydığı açıqlamada paytaxtdan təxminən 50 kilometr cənub-qərbdə yerləşən Fueqo vulkanının aktivləşdiyi bildirilib. Qeyd olunub ki, gün ərzində püskürmənin intensivliyi tədricən artıb və vulkanın yaxınlığında yerləşən iki kəndin sakinlərinin təxliyə olunması barədə qərar qəbul edilib.
“Narıncı” səviyyədə təhlükə elan edilib və külün ətraf ərazilərə yayılmasının mümkünlüyü barədə xəbərdarlıq olunub.
Əraziyə yaxın magistral avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb, yaxınlıqdakı məktəblərdə isə tədris prosesi dayandırılıb.
Fueqo Mərkəzi Amerikanın aktiv vulkanlarından biri hesab edilir. 2018-ci ildə bu vulkanın püskürməsi nəticəsində təxminən 200 nəfər həlak olub.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir