


Pit Heqset ABŞ Silahlı Qüvvələrinin əsas sursat ehtiyatlarının tükəndiyini təkzib edib
Bakı, 5 avqust, AZƏRTAC
ABŞ müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin əsas sursat ehtiyatlarının tükəndiyini təkzib edib.
AZƏRTAC xəbər verir ki, Pit Heqset “X” sosial şəbəkə hesabında CNN telekanalının yaydığı məlumatı şərh edərkən “Bu başlıq həqiqətə uyğun deyil” yazıb.
Daha əvvəl CNN telekanalı öz mənbələrinə istinadla Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyünü və ABŞ hərbi komandirlərinin arsenalın vəziyyətindən ciddi narahat olduğunu bildirib. Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. CNN-in mənbələri ABŞ-nin müharibədən əvvəlki səviyyə ilə müqayisədə THAAD raketləri ehtiyatının təxminən 80 faizini, həmçinin “Patriot” raketlərinin ehtiyatlarının təxminən yarısını istifadə etdiyini bildiriblər.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir