×
A
A
A
Sazlamalar

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Bakı, 5 avqust, AZƏRTAC

İndoneziyanın şimal hissəsində, Molukka dənizinin akvatoriyasında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb. Zəlzələnin episentri eyniadlı adada yerləşən Ternate şəhərindən 135 kilometr şimal-qərbdə olub.
Episentrdəki təkanların intensivliyinə görə zəlzələ “çox güclü” kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,7 olaraq qiymətləndirib. Xidmətin məlumatına görə, zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Dünya 2026-08-05 07:02:00