


CNN Pentaqonun əsas sursat ehtiyatlarının azaldığını bildirib
Bakı, 5 avqust, AZƏRTAC
Pentaqonun əsas sursat ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyəyə düşüb. ABŞ hərbi komandirləri arsenalın vəziyyətindən ciddi narahatdırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. Mənbələrin bildirdiyinə görə, ABŞ müharibədən əvvəlki səviyyə ilə müqayisədə THAAD raketləri ehtiyatlarının təxminən 80 faizini, həmçinin “Patriot” raketləri ehtiyatlarının təxminən yarısını istifadə edib.
CNN qeyd edir ki, sursat çatışmazlığı məsələsi ABŞ Prezidenti Donald Trampın ötən həftə İrana qarşı yeni zərbələr endirməkdən imtina etmək qərarından əvvəl də gündəmə gəlib.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir