


Argentinada tətil səbəbindən azı 45 gəmi limanlardan çıxa bilmir
Bakı, 5 avqust, AZƏRTAC
Argentinanın Rosario şəhərində losmanların tətil etməsi səbəbindən taxıl daşıyan azı 45 gəmi limanı tərk edə bilmir. Bu barədə Argentina Yağ-Piy Sənayesi Palatası və Taxıl İxracatçıları Mərkəzinin (CIARA-CEC) prezidenti Qustavo İdiqoras məlumat verib.
AZƏRTAC xəbər verir ki, qurumun rəhbərinin sözlərinə görə, limanı tərk edə bilməyən gəmilərin sayı 45-i örtüb, onların üzərinə 30-u da əlavə oluna bilər. “Hər bir gəminin gecikməsi taksi sayğacı kimidir, gündə 50 min dollardan 100 min dollaradək xərc yaranır”, - deyə Qustavo İdiqoras bildirib. O qeyd edib ki, ixracatçılar hökumətin derequlyasiya siyasətini dəstəkləsələr də, hakimiyyətin losmanlar həmkarlar ittifaqı ilə normativ bazaya edilən dəyişiklikləri müzakirə etməməsini səhv addım kimi qiymətləndirirlər. Məhz həmin dəyişikliklər tətilə səbəb olub.
İyulun 30-da hökumətin rəsmi qəzetində gəmiçilik sahəsi üzrə yeni qaydalar dərc olunub. Losmanlar və çay gəmiləri kapitanları həmkarlar ittifaqlarının fikrincə, yeni qaydalar iş yerlərinin itirilməsinə və gəmiçiliyin təhlükəsizliyinin azalmasına səbəb ola bilər.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir