


Özləm Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində ilk qadın general oldu
Ankara, 4 avqust, AZƏRTAC
Polkovnik Özləm Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində general-mayor hərbi rütbəsinə yüksələn ilk qadın oldu.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclasında qəbul edilib.
Ümumilikdə, Türkiyə Silahlı Qüvvələrinin 69 polkovnikinə general və admiral rütbələri verilib. Onların arasında Türkiyə tarixində ilk kosmonavt Alper Gezeravcı da var.
Beləliklə, avqustun 30-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin sıralarında xidmət edən general və admiralların sayı 334-ə çatacaq.
Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib
Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub
Avropada istidən 25 mindən çox insan ölüb
Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib