


Qaxda və Qəbələdə 1222 nəfər tibbi müayinədən keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
“PAŞA Holding” və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, “ALL Medical” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Erkən müayinə can qurtarır!” aksiyası Qax rayonunun Kötüklü kəndində və Qəbələnin Topbağ kənd məktəbində uğurla icra olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində Qaxda 510, Qəbələdə 712 nəfər olmaqla, ümumilikdə 1222 nəfər tibbi müayinədən keçirilib.
Hər iki aksiyada aparılan müayinələr zamanı şəkərli diabet aşkarlanan 19, ümumilikdə isə 38 nəfər qanda qlükoza səviyyəsinin müntəzəm monitorinqi məqsədilə qlükometr (şəkərölçmə cihazı) ilə təmin edilib.
Bununla yanaşı, Qəbələdə həyata keçirilən aksiya çərçivəsində sosial dəstək məqsədilə 2 qazi ailəsinə də qlükometr təqdim olunub.
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO