


Səbaildə piyada keçidlərindən istifadə etməyən piyadalarla maarifləndirici söhbətlər aparılıb VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Piyadaların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə növbəti profilaktik tədbir keçirilib. Tədbir Şıx çimərliyi ətrafında, Bayraq Meydanı yaxınlığında və 20-ci Sahə yaşayış massivində təşkil olunub.
Tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollarda hərəkət etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan piyadalar müəyyən edilərək saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi və bunun insan həyatının qorunmasındakı mühüm rolu barədə ətraflı məlumat verilib.
Bu istiqamətdə ölkəboyu polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək