


Böyük Britaniyada müddətsiz həbs cəzalarına yenidən baxılacaq
London, 4 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Endi Börnhem müddətsiz həbs cəzaları ilə bağlı məsələyə yenidən baxılma prosesinin başlanmasına dair göstəriş verib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, məqsəd həm ölkədəki həbsxana böhranını aradan qaldırmaq, həm də uzun illərdir azadlığa buraxılma tarixi müəyyən edilmədən həbsdə qalan məhkumların işlərinə yenidən baxmaqdır.
Endi Börnhem ədliyyə naziri Aleks Norrisə müddətsiz həbs cəzalarının nəzərdən keçirilməsini tapşırıb.
Qeyd edək ki, bu cəza növü 2012-ci ildə ləğv olunsa da, qərar geriyə şamil edilmədiyi üçün minlərlə məhkum hələ də azadlığa buraxılma tarixi olmadan həbsdə qalır.
Məlumata görə, bəzi şəxslər mobil telefon oğurluğu kimi nisbətən yüngül cinayətlərə görə, bəziləri isə azyaşlı ikən törətdikləri cinayətlər səbəbindən uzun illərdir həbsdə saxlanılır.
Hökumət bildirir ki, bu cəzalara yenidən baxılması həbsxanalardakı sıxlığın azaldılmasına da kömək edə bilər.
Endi Börnhem deyib ki, həbsxana sistemindəki böhranı köklü şəkildə həll etmək niyyətindədir və bu problemi gələcək hökumətlərə miras qoymaq istəmir.
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO