×
A
A
A
Sazlamalar

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqavilə imzalayıb

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasına keçib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, ötən mövsümü “Karvan-Yevlax”da keçirən Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Sabah” və “Qarabağ” kimi klubların da formasını geyinib.

İdman 2026-08-04 15:12:00