×
A
A
A
Sazlamalar

“Kür" həndbol komandasının yeni baş məşqçisi məlum olub

Bakı, 4 avqust, AZƏRTAC
Kişi həndbolçulardan ibarət "Kür" komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, bu posta Elnur Cahangirov təyin edilib. Mütəxəssis bunadək komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Mingəçevir təmsilçisini son olaraq iranlı Nasser Salimi çalışdırıb.
Qeyd edək ki, “Kür” bu mövsüm Azərbaycanı Avropa Kubokunda təmsil edəcək.

İdman 2026-08-04 14:57:00