×
A
A
A
Sazlamalar

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu I Liqa klubundan ayrılıb

Bakı, 4 avqust, AZƏRTAC
I Liqada mübarizə aparan “Karvan-Yevlax” futbolçusu Elvin Yunuszadə ilə yollarını ayırıb.
Yevlax təmsilçisindən AZƏRTAC-a bildirilib ki, müdafiəçi ilə müqavilənin müddəti başa çatıb.
O, “Karvan-Yevlax”ın heyətində 19 rəsmi oyunda meydana çıxıb.
Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Sabah” və “Qarabağ” kimi klubların da formasını geyinib.

İdman 2026-08-04 13:57:00