


İsti hava şəraiti davam edəcək, külək güclənəcək - PROQNOZ
Bakı, 4 avqust, AZƏRTAC
Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O, həmçinin bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun Aran rayonlarında 34-39, dağlıq ərazilərdə isə 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır.
Gülşad Məmmədova, eyni zamanda, diqqətə çatdırıb ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan mülayim şimal-şərq küləyi avqustun 6-da arabir güclənəcək.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Azərbaycanda zubrların sayı 89-a çatıb
Sabahın hava proqnozu açıqlanıb
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub