×
A
A
A
Sazlamalar

Benefisiarlar üçün master-klaslar təşkil olunub

Bakı, 4 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları IMEC Beynəlxalq Musiqi Mərkəzinin qonağı olublar.
Bu barədə AZƏRTAC-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində benefisiarlar üçün fortepiano, baraban və gitara ixtisasları üzrə master-klaslar təşkil edilib.
Təlimlər zamanı iştirakçılar musiqi alətləri ilə yaxından tanış olub, onların yaranma tarixi, quruluşu, səslənmə xüsusiyyətləri və istifadə qaydaları barədə məlumatlandırılıblar.
İnteraktiv formatda keçirilən master-klaslarda benefisiarlara musiqi alətlərini sınaqdan keçirmək və sadə ritmlər, melodiyalar ifa etmək imkanı yaradılıb.
Tədbir iştirakçıların musiqiyə marağının artırılmasına, yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına, sosial ünsiyyətinin və özünəinamının inkişafına müsbət təsir göstərib.
Bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Cəmiyyət 2026-08-04 13:01:00