


Gennadi Çijikov: Azərbaycanla iqtisadi əməkdaşlığımızın ümidverici gələcəyinə əminəm VİDEO
Kiyev, 4 avqust, AZƏRTAC
Azərbaycan Ukrayna üçün vacib iqtisadi tərəfdaşdır, hətta deyərdim ki, strateji tərəfdaşdır. Biz həmişə Azərbaycanın kömək etdiyini və dəstəklədiyini hiss edirik. Biz eyni şeyi Ukrayna biznesindən də görürük. Amma Ukrayna iş adamları müharibənin təsirini hiss edirlər, xüsusilə logistika sahəsində problemlərin yarandığını qəbul edirlər. Buna baxmayaraq biz strateji tərəfdaşımız olan Azərbaycanla ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlərimizi davam etdiririk.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov söyləyib.
Çijikov hesab edir ki, Azərbaycan və Ukrayna ticarət dövriyyəsini artırmalıdır.
“Ən yaxşı illərdə ticarət dövriyyəsi 1 milyard dollardan çox idi, indi bu göstərici yarıyadək azalıb. Amma böyük potensial var. Logistika olaraq Qara dənizdən, bərələrdən və bütün digər bu kimi imkanlardan, dəmir yollarından və s. istifadə edilməlidir. Ukrayna iş adamlarında ilkin olaraq daha çox maraq qida, süd məhsulları istehsal edən şirkətlərimizdən, əczaçılarımızdan kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrimizdən görürük. Hər iki ölkənin yanacaq-enerji sektorunda əməkdaşlıq üçün böyük potensialını da qeyd etmək istərdim. Ukrayna və Azərbaycan biznesmenləri ilə əlaqələr düzgün istiqamətdə irəliləyir. Yolumuzda duran problemləri həll etməliyik. İqtisadi əməkdaşlığımızın ümidverici gələcəyinə əminəm. Müharibəyə, çətin sınaqlara baxmayaraq, həm Azərbaycan, həm də Ukraynanın vacib iqtisadi və strateji tərəfdaş olduğunu düşünürəm”, - deyə Gennadi Çijikov bildirib.
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb