


Qırğızıstan və Özbəkistan iki kəndin rəsmi mübadiləsinə başlayıblar
Bakı, 4 avqust, AZƏRTAC
Qırğızıstan və Özbəkistan sərhədlərin demarkasiyası razılaşmaları çərçivəsində əvvəllər Özbəkistanın Fərqanə vilayətinə aid olan Çon-Qara və Taş-Dobo kəndlərinin rəsmi mübadiləsi üçün təşkilati və texniki işlərə başlayıblar.
AZƏRTAC xəbər verir ki, avqustun 3-də fəaliyyətə başlayan birgə işçi qrupu kəndlərdə sakinlərin qeydiyyatını aparır və sənədləşmə prosesini həyata keçirir.
Təxminən 2500 nəfər əsasən etnik qırğız sakinin yaşadığı bu yaşayış məntəqələrində qeydiyyat bitdikdən sonra onlara Qırğızıstan vətəndaşlığı veriləcək. Öhdəliklərə əsasən, Qırğızıstan bunun müqabilində Özbəkistana ekvivalent ölçüdə torpaq sahələri təqdim edəcək.
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO
Fransada qalmaqal: Ayrı-seçkilik ittihamlarından sonra Aqd şəhərindəki mübahisəli afişa yığışdırılıb
Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib
Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir