


Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub
Bakı, 4 avqust, AZƏRTAC
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində yük gəmisinin hücuma məruz qaldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, agentliyin məlumatına görə, insident Omanın Əl-Xəsab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş verib. Yük gəmisi naməlum mərmi ilə vurulduğunu bildirən radio mesajı ötürüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir. UKMTO bölgədən keçən digər gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət müşahidə edərsə dərhal quruma məlumat verməyi tövsiyə edib.
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO