×
A
A
A
Sazlamalar

Cənubi Kuril adaları yaxınlığında zəlzələ olub

Bakı, 4 avqust, AZƏRTAC

Sakit okeanda, Cənubi Kuril adaları yaxınlığında 4,5 bal gücündə zəlzələ qeydə alıb. Yeraltı təkanlar sakinlər tərəfindən hiss olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin məlumata görə, zəlzələnin episentri Şikotan adasındakı Malokurilskoye kəndindən 80 kilometr cənubda, 72 kilometr dərinlikdə yerləşib.
Şikotan adasının sakinləri 4 bala yaxın gücdə təkanlar hiss ediblər. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.

 

Dünya 2026-08-04 06:27:00