


ABŞ-nin 25 ştatı Tramp administrasiyasını məhkəməyə verib
Bakı, 4 avqust, AZƏRTAC
ABŞ-nin 25 ştatı Prezident Donald Tramp administrasiyasının ölkənin 60 ticarət tərəfdaşından idxal edilən məhsullara qarşı tətbiq etdiyi yeni rüsumlara qarşı məhkəmə iddiası qaldırıb.
AZƏRTAC xəbər verir ki, Kaliforniya, Arizona və Oreqon baş prokurorlarının rəhbərlik etdiyi koalisiya ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edib. İddia ərizəsində bildirilir ki, administrasiya səlahiyyətlərini aşaraq 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsasən qanunsuz tariflər tətbiq edib. Ştatlar bu qərarın amerikalılar üçün yaşayış xərclərini artırdığını, kiçik bizneslərə ağır yük yaratdığını və iqtisadiyyatda xaosa səbəb olduğunu vurğulayıblar.
Məhkəmədən tarif qərarının qanunsuz elan edilərək ləğvi, icrasının dayandırılması və ödənilən rüsumların geri qaytarılması tələb olunur.
Qeyd edək ki, ötən ay ABŞ Ticarət Nümayəndəliyi məcburi əmək təcrübələri ilə bağlı araşdırmalar çərçivəsində 60 ticarət tərəfdaşına 10 faiz və ya 12,5 faiz həcmində gömrük rüsumu tətbiq olunacağını elan etmişdi.
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO