


Belqorodda dron hücumu: bir nəfər ölüb, iki nəfər yaralanıb
Bakı, 4 avqust, AZƏRTAC
Rusiya Federasiyasının Belqorod vilayətinin Oktyabrski kəndində pilotsuz uçuş aparatının avtomobilə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bölgənin əməliyyat qrupundan verilən məlumata görə, hücum zamanı maşında olan qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Qəlpə yaraları alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib, həkimlər onlardan birinin vəziyyətinin ağır olduğunu bildiriblər.
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO