×
A
A
A
Sazlamalar

Lənkəranda açıq ərazidə baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Bakı, 3 avqust, AZƏRTAC
Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

18:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Regionlar 2026-08-03 21:48:00

Video