


Ötən ay beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş olub
Bakı, 3 avqust, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Ardınca nazir idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb.
Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər.
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib