


“Səbail” sabiq kapitanı Rahid Əmirquliyevi heyətinə qatıb
Bakı, 3 avqust, AZƏRTAC
Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” sabiq kapitanı Rahid Əmirquliyevi yenidən transfer edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Təcrübəli yarımmüdafiəçi 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub, komandanın kapitanı kimi klubun uğurlarında mühüm rol oynayıb.
Rahid Əmirquliyev karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyun keçirib. O, “Səbail”in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, “Səbail” növbəti mövsümdə Azərbaycan I Liqasında çıxış edəcək.
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib