×
A
A
A
Sazlamalar

Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verib

Naxçıvan, 3 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən söndürülüb.
Hadisə nəticəsində avtomobilin salon hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

Müxbir - Nail Əsgərov

Regionlar 2026-08-03 15:41:00