×
A
A
A
Sazlamalar

Şəkidə yaradıcı uşaq və yeniyetmələrin “Yay məktəbi” başlayıb

Şəki, 3 avqust, AZƏRTAC
Şəki şəhərində fəaliyyət göstərən şəhər Uşaq incəsənət məktəbində 9–15 yaşlı uşaq və yeniyetmələr üçün “Yay məktəbi” layihəsinə start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşı Vüsal Həsənov məlumat verilib.
Bildirilib ki, uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, rəqəmsal və bədii bacarıqlarının təkmilləşdirilməsi günün vacib məsələlərindən biridir. Eləcə də bu yaş qrupuna daxil olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühitin formalaşma dövrü olduğundan üzərilərində işlənməsi labüddür.
Qeyd olunub ki, proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılır, açıq havada təşkil olunan yaradıcı oyunlarda iştirak edirlər. Layihənin sonunda isə uşaqlar tərəfindən hazırlanmış işlər sərgidə nümayiş etdiriləcək.
“Yay məktəbi” layihəsinə 120 uşağın qatılması nəzərdə tutulur. Layihə avqustun 5-dək davam edəcək.


Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-08-03 15:10:00