


Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
Bakı, 3 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə əsasən, bu raundda üz-üzə gələcək mümkün cütlüklər müəyyənləşib.
Türkiyənin “Fənərbağça” klubu III təsnifat mərhələsində Avstriyanın “Şturm” komandasını mübarizədən kənarlaşdırsa, pley-offda “Sparta” (Praqa, Çexiya) – “Lion” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
"Levski" (Bolqarıstan) / "Kayrat" (Qazaxıstan) cütünün qalibi - AEK (Yunanıstan)
"Seltik" (Şotlandiya) – LASK (Avstriya)
"Dinamo" (Xorvatiya) / "Jalgiris" (Litva) cütünün qalibi - "Vikinq" (Norveç)
"Myölbü" (İsveç) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi - "Ararat" (Ermənistan) / "Selye" (Sloveniya) cütünün qalibi
"Fənərbağça" (Türkiyə) / "Şturm" (Avstriya) cütünün qalibi - "Sparta" (Çexiya) / "Lion" (Fransa) cütünün qalibi
"Olimpiakos" (Yunanıstan) / “NEK Neymegen” (Niderland) cütünün qalibi - "Union" (Belçika) / "Budyo-Qlimt" (Norveç) cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da təşkil olunacaq.
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib