


Çempionlar Liqası: “Sabah”ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub
Bakı, 3 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Bakı klubu III raundda Danimarkanın "Orxus" komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib