


Uels Futbol Assosiasiyası seçkilərdə İnfantinonu dəstəkləməyəcək
Bakı, 3 avqust, AZƏRTAC
Uels Futbol Assosiasiyası (FAW) FIFA prezidentliyinə seçkilərdə qurumun hazırkı rəhbəri Canni İnfantinonun namizədliyini dəstəkləməyəcək.
AZƏRTAC xəbər verir ki, FAW bunu açıq şəkildə elan edən ilk milli federasiya olub.
“Son dövrdə bir sıra vacib məsələlərdə qərarların qəbulu sahəsində baş verən uğursuzluqlar nəticəsində cənab İnfantino FAW-nin etimadını itirib və artıq dünya futbolunun rəhbəri vəzifəsində qala bilməz. Futbolun maraqlarını hər şeydən üstün tutmamaq bizim qəbul edə bilməyəcəyimiz uğursuzluqdur”, - deyə qurumun bəyanatında bildirilib.
Qeyd edək ki, FIFA bir müddət öncə dünya çempionatı da daxil olmaqla, öz bayrağı altında keçirdiyi yarışlardakı paylarının özəl investorlara satılması imkanını nəzərdən keçirib. Lakin UEFA və digər futbol təşkilatlarının təzyiqindən sonra İnfantino bu təşəbbüsdən imtina edib. Bu vəziyyət ali qurumun rəhbərliyinə təzyiqləri artırıb və bir sıra milli assosiasiyaların quruma etimadının azalmasına səbəb olub.
FIFA-da prezident seçkiləri təşkilatın 2027-ci ilin martında Mərakeşdə keçiriləcək konqresində baş tutacaq.
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib